Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq - Laçınlı məcburi köçkün Prezidentə yazır

18:05 24.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Azərbaycanımız üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdaram. Həm də ona görə minnətdaram ki, dərin məntiqə söykənən qərarlarınızla ölkəmizi hər zaman çətin və mürəkkəb şəraitdən çıxarırsınız. Siz ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirə bilmək kimi dahiyanə bacarığa malik layiqli varis, əvəzsiz rəhbərsiz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət bu reallığı tam əks etdirir.

Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Allah Sizi və xalqımızı qorusun.

Dərin hörmətlə,

İbişov Mehman Şöhlət oğlu, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Şəki rayonu, Yeni Çələbixan qəsəbəsi.